Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq


Sabirabad rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda elmi-praktiki konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə Ümummilli Liderin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolundan və misilsiz xidmətlərindən danışıb. Ulu Öndərin Azərbaycan xalqının tarixində və dövlətçilik fəaliyyətində müstəsna xidmətləri olan şəxsiyyət olduğunu vurğulayıb. Eyni zamanda Heydər Əliyevin Sabirabad rayonuna göstərdiyi diqqət və qayğıdan söz açan icra başçısı, çıxışını Ulu Öndərin “Azərbaycan mənim ürəyimdir, Azərbaycan mənim nəfəsimdir, Azərbaycan mənim həyatımdır” sözlərini xatırladaraq, dahi rəhbərin Vətən sevgisindən bəhs edib.

YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdən, onun yürütdüyü siyasi kursdan söz açıb, ölkəmizin sürətli və uzunmüddətli inkişafının, son onilliklər ərzində qazandığı uğurların Ümummilli Liderin adı ilə bağlı olduğunu vurğulayıb.

Ümummilli Liderin həyat yolundan, Azərbaycan dövləti və xalqı qarşısında göstərdiyi əvəzsiz xidmətlərdən danışan AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı, Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova Heydər Əliyevin dünya siyasətçiləri arasındakı nüfuzundan və respublikanın beynəlxalq aləmdə tanınmasındakı xidmətlərindən bəhs ediblər.

Tədbirdə çıxış edən digər natiqlər Heydər Əliyevin müxtəlif sahələrə olan xüsusi diqqət və qayğısından, eyni zamanda gənclərə olan etimadından söz açıblar. İstər sovet dövründə, istərsə də müstəqillik illərində respublikaya rəhbərlik edən və ömrünü öz xalqına həsr edən Heydər Əliyevin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağı vurğulanıb. Müasir və müstəqil Azərbaycan dövlətinin bu gün də Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında uğurla inkişaf etdirildiyi diqqətə çatdırılıb.

Şəffaflıq.az



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}