Üç yaşlı körpə gizlənpaç oynayarkən qaynar suda yanıb: “Müalicəni davam etdirmək üçün imkanımız yoxdur” - FOTO
2020-ci il təvəllüdlü Mürşüd Rasim oğlu Bahadurlu ağır yanıq xəsarətləri alıb. Bu barədə Oxu.Az-a onun anası Əfsanə Bahadurova məlumat verib. O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib. Belə ki, üç yaşlı övladı oyun oynayarkən hadisə baş verib: “Mürşüd həyətdə gizlənpaç oynayırdı. Bu zaman mən də paltar yumaq üçün vedrədə su qızdırırdım. Mürşüd vedrəni görmədi və ona çırpıldı. Su boynundan aşağı töküldü. Ən çox da kürək hissəsi yanıb. Biz Saatlıda yaşayırıq. Təcili tibbi yardım maşını ilə Bakıya gəldik. Bakıdakı xəstəxanaların birində 17 gün müalicə aldıq”. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş