TƏBİB rəsmisi: “Vaksin vaxtında vurulmalıdır”
“Uşaqlar yuxarı yaşda vaksin vurulanda xəstəliyi ağır keçirirlər”. Şəffaflıq.az xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva deyib. Həkimin sözlərinə görə, vaksindən öncə müayinələr edilməlidir: “Vaksin vaxtında vurulmalıdır. Vaksin xəstəlikdən qorunmağın ən doğru yoludur. TƏBİB-in tabeliyində olan bütün yerlərdə uşaqlar üçün peyvənd otaqları var. Vaksinlərin saxlanılması və tətbiqi üçün şərait yaradılıb. Mütəmadi olaraq yoxlanılır”. Nəzrin Vahid
Xəbəri paylaş
Facebook-da paylaş