Xəzər dənizinin şərq sahilində zəlzələ olub
Qazaxıstanın Mangistau vilayətində 4,7 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər yayıb. Zəlzələnin episentri Fort Şevçenko şəhərindən 187 kilometr şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. İnsan itkisi və dağıntılar barədə məlumat verilməyib. Mənbə: Tengrinews.kz Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş