Biləsuvarda eyni ərazidə iki qəza olub, xəsarət alanlar var
Biləsuvar rayonunda bu gün səhər saatlarında eyni ərazidə xəsarətlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib. “Report”un Muğan bürosunun məlumatına görə, hər iki hadisə rayonun Süd zavodu yaxınlığında qeydə alınıb. Birinci qəzada 3 nəfər rayon sakini - 1989-cu il təvəllüdlü G.Rufullayeva, 1989-cu il təvəllüdlü T.İmanova və 2016-cı il təvəllüdlü D.Mirzəyeva xəsarət alıblar. Digər qəza zamanı VAZ-2106 markalı minik avtomobili yolun kənarına aşıb. Qəza nəticəsində sürücü, 1978-ci il təvəllüdlü F.Qurbanov xəsarət alıb. Hadisələr zamanı xəsarət alan 4 nəfər rayon xəstəxanasına yerləşdirilib. Faktlarla bağlı araşdırmalar aparılır.Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş
