12 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub


19 aprel tarixində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 11 ticarət müəssisəsi, o cümlədən 3 aptek və 3 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 12 müəssisədə nöqsanlar müəyyən olunub.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 6, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 12, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 5 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}