İstanbuldan Bakıya gələn sərnişində 17 kiloqram qızıl aşkar edilib
İstanbuldan Bakıya gələn sərnişində 17 kiloqram qızıl-zinət əşyaları aşkar edilib. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib. Bildirilib ki, Komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları daxil olan əməliyyat məlumatı əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının əl yüklərinə baxış keçirib. Baxış zamanı əl yüklərindən altı qutuda qablaşdırılmış, ümumilikdə təqribi çəkisi 17 kq təşkil edən qızıl-zinət əşyaları aşkar edilib. Faktla bağlı araşdırma aparılır.Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş