Yağan intensiv yağışlarla əlaqədar Balakənçaydan sel keçib - FAKTİKİ HAVA
Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin aprelin 13-də saat 15:00-a olan məlumatına əsasən, Naxçıvan, Şərur, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Zaqatala, Şahdağ, Biləsuvarda şimşək çaxıb, arabir yağış yağıb, Balakən-Şəki zonasında yağıntılar intensiv olub. Xidmətdən verilən xəbərə görə, yağan intensiv yağışlarla əlaqədar saat 13:30-da Balakənçaydan sel keçib. Şimal-qərb küləyi arabir Naftalanda 26 m/s, Mingəçevir, Yardımlı, Zərdab, Gəncədə 24 m/s, Bərdə 22 m/s, Şəki, Zaqatala, Ağstafa, Ağdam, Daşkəsən, Gədəbəydə 20 m/s, Çeyrançöl, Beyləqan, Yevlax, Tovuz, Şirvan, Qobustanda 18 m/s, Sabirabadda 17 m/s, Lerikdə 16 m/s-dək güclənib. Aprelin 13-də saat 12:14-13:03 aralığında Əlibəy (Zaqatala) ərazisində leysanla bərabər diametri 5 mm, saat 14:10-14:20 aralığında Yevlaxda diametri 3 mm, saat 11:55-də Zaqatala şəhərinin şimal hissəsinə, saat 13:15 radələrində isə Qax rayonu Güllük kəndi ərazisinə, saat 13:28-də Şəki rayonuna xırda dolu düşüb.Şəffaflıq.az
Facebook-da paylaş