Bakıda avtomobili piyadaların üstünə sürən şəxs həbs edildi
Paytaxtın Nərimanov rayonunda avtomobili piyadaların üstünə sürən sürücüyə 20 sutka həbs qərarı çıxıb. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib. Polis mayoru bildirib ki, sürücü 1984-cü il təvəllüdlü Məmmədov Emil Fəxrəddin oğlu barədə toplanan materiallar Nərimanov rayon məhkəməsinə təqdim edilib: “Nərimanov Rayon Məhkəməsi sürücünü İnzibati Xətalar Məcəlləsinin (İXM) 510-cu və 535-ci maddələri ilə təqsirli bilərək, barəsində 20 sutka inzibati həbs qərarı verib”. Könül Cəfərli Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş