Azərbaycanda kişini şəkilləri ilə şantaj etdilər
Azərbaycanda kişi şantaj olunub. Şəffaflıq.az-ın məlumatına görə, hadisə Abşeron rayonu Xırdalan şəhərində qeydə alınıb. Şəhər sakini B.Ə. polisə müraciət edərək, Nuriyə adlı qadın tərəfindən şantaj olunduğunu bildirib. Qadın onu şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyərək, 3 min manata yaxın pulunu alıb. Daxil olan şikayət əsasında Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb.
Xəbəri paylaş
Facebook-da paylaş
