Bərdədə qumbaraatan satmaq istəyən şəxs saxlanılıb - FOTO/VİDEO


Bərdədə qumbaraatan silahını 3300 manata satmaq istəyən şəxs saxlanılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Belə ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə qanunsuz olaraq satış məqsədi ilə silah əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsinə görə məhkumluq həyatı yaşamış Ramil Vəliyev tutulub.

Onun yaşadığı ünvandan “RPQ” markalı qumbaraatan silahı aşkar edilərək götürülüb. Dindirilmə zamanı o, bir müddət əvvəl həmin silahı tapdığını və öz yaşadığı ünvana gətirərək gizlətdiyini deyib. Silahı 3300 manata satmaq məqsədi ilə özündə saxlayaraq təhvil vermədiyini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.



Şəffaflıq.az 


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}