Dörd keçmiş hakim vəkil olub
Dörd nəfər keçmiş hakim vəkil kimi fəaliyyət göstərəcək. APA xəbər verir ki, 4 keçmiş hakim Vəkillər Kollegiyasına üzv qəbul olunub. Onlar Əmir Bayramov, Kəmalə Əmirxanova, Məhəmməd Bağırov və Nofəl Mustafayevdir. Əmir Novruz oğlu Bayramov 2010-cu ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi kimi fəaliyyət göstərib. Əmir Bayramov 2000-2007-ci illərdə Bakı Hərbi Məhkəməsinin hakimi olub. Yaş həddi ilə bağlı təqaüdə çıxıb. Kəmalə Fərman qızı Əmirxanova Nərimanov Rayon Məhkəməsinin hakimi olub. 2022-ci ildə vaxtından əvvəl səlahiyyətlərinə xitam verilib. Məhəmməd Abduləli oğlu Bağırov Füzuli Rayon Məhkəməsinin hakimi və sədri olub. 2022-ci ildə vaxtından əvvəl səlahiyyətlərinə xitam verilib. Nofəl Qara oğlu Mustafayev Tovuz Rayon Məhkəməsinin hakimi olub. 2022-ci ildə vaxtından əvvəl səlahiyyətlərinə xitam verilib. Qeyd edək ki, onlar bu gün vəkil andı içərək fəaliyyətə başlayacaqlar.Şəffaflıq.az
Facebook-da paylaş