Gömrük komitəsi vətəndaşlara çağrış etdi
Gömrük keçid məntəqələrində kənar şəxslərdən götürülən əşyalara bağlı vətəndaşlara çağırış edilib. Bu barədə Gömrük Komitəsi məlumat yayıb. Məlumatda bildirilir: “Xarici ölkələrə səyahət zamanı hava limanlarında və ya digər yerlərdə Azərbaycan Respublikasına gətirilməsi məqsədi ilə kənar şəxslərdən götürülən əşyalar onları ölkənin gömrük sərhədindən keçirənlər tərəfindən qanunvericiliklə müəyyənləşdirilən qaydada bəyan olunmalı və müvafiq gömrük ödənişləri ödənilməlidir. Göstərilən tələblərin kənar şəxslərdən əşyaların qəbul edilməsi zamanı nəzərə alınması tövsiyə olunur”. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş