Təbiətə 94 min manat ziyan vurulması ilə bağlı cinayət işi başlanıb


Ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsində respublika tabeli şəhər və rayonlarda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Araşdırmalar zamanı Ağsu, Samux və Bakı şəhərinin Səbail rayonu, həmçinin Sumqayıt şəhəri ərazisində meşə fonduna daxil olmayan, ümumilikdə 900 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 94 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1, 259.2.3 və 259.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla, qulluq mövqeyindən istifadə etməklə və külli miqdarda ziyan vurmaqla qanunsuz ağackəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}