Azərbaycanda daha 97 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 97 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 829 591 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 819 117 nəfər müalicə olunaraq sağalıb, 10 178 nəfər vəfat edib, aktiv xəstə sayı 296 nəfərdir.

Ölkədə son sutka ərzində 1 432, hazırkı dövrədək isə 7 556 844 test aparılıb.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}