Rəşad Dağlı hakim qarşısına çıxarılır
Qonşusunu qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Şəffaflıq.az-ın əldə etdiyi xəbərə görə, iş üzrə toplanmış materiallar yaxın günlərdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək. Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunub. Meyxanaçı bu maddə ilə təqsirli bilinərsə, 9 ildən 14 ilə qədər azadlıqdan məhrum edilə bilər. Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib.
Xəbəri paylaş
Facebook-da paylaş