DİN-dən Fazil Mustafaya qarşı törədilən cinayətlə bağlı ÇAĞIRIŞ
“Millət vəkili Fazil Mustafaya qarşı törədilən cinayət faktı ilə bağlı rəsmi olaraq təsdiq olunmayan və dəqiqləşdirilməyən məlumatları yaymayın”. Bunu DİN-in Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev sosial şəbəkə hesabında yazıb. O qeyd edib ki, cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş