Azərbaycanda tikinti obyekti sifarişçilərindən sənədlər elektron formada qəbul olunacaq


Azərbaycanda tikinti obyektinin sifarişçisindən tələb olunan sənədlərin təqdim edilməsi forması dəyişdiriləcək.

Şəffaflıq.az xəbər verir ki, bu, "Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, sifarişçi tikintilərin texniki-iqtisadi əsaslandırma sənədlərini elektron formada hazırlamalı və müvafiq icra hakimiyyəti orqanı ilə və əlaqədar qurumlarla razılaşdırılmasını təmin etməlidir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}