16 yaşlı qızı ərə verən ailədən daha bir ağlasığmaz addım - YENİLƏNİB + FOTO

Azərbaycanda 16 yaşlı qızın ərə verilməsi ilə bağlı yeni təfərrüat bəlli olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, ailə üzvləri iddiaları təkzib edərək ailənin digər övladının sənədini təqdim etməklə dövlət orqanlarına yanlış məlumat veriblər.


“Hazırda araşdırma davam etdirilir”, - açıqlamada qeyd olunur.

12:13

Daxili İşlər Nazirliyi Azərbaycanda 16 yaşlı qızın ərə verilməsinə dair yayılan məlumatlara aydınlıq gətirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan məsələ barədə araşdırma aparılıb:

“Müəyyən edilib ki, məsələ sosial şəbəkələrdə qeyd olunduğu kimi deyil. Yetkinlik yaşına çatmadığı iddia edilən və toyu olan xanımın 2023-cü il yanvar ayında 18 yaşı tamam olub”.

Azərbaycanda 16 yaşlı qız ərə verilib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Bildirilib ki, qız oğlanla zorla evləndirilib və martın 17-də Sumqayıtda oğlan toyu olacaq. 

İlhamə Əbülfət

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}