8 Martda metronun hərəkət cədvəlində dəyişiklik olacaq


8 Mart - Beynəlxalq Qadınlar Günündə “Bakı Metropoliteni” QSC-nin xətlərində qatarların hərəkəti “28 May”-“Həzi Aslanov” istiqamətində saat 7:00-dan 21:00-a qədər 2,5 dəqiqəlik intervalla tənzimlənəcək.

 Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

“Yaşıl” və “qırmızı” xətlər “28 May” stansiyasında birləşdiyindən “İçərişəhər” və “Dərnəgül” istiqamətində qatarların hərəkət intervalı iki dəfə çox olacaq. Bununla belə, ehtiyat qatarlar nəzərdə tutulacaq. Xətlər üzrə sərnişin axını diqqətdə saxlanılmaqla, zərurət yaranacağı təqdirdə həmin ehtiyat qatarlar xəttə buraxılacaq. Qatarların “Nərimanov-Bakmil” və əksinə hərəkəti şənbə günləri cədvəlinə uyğun təmin ediləcək. “Bənövşəyi” xətt üzrə və “Cəfər Cabbarlı”-“Xətai” mənzilində qatarların hərəkət cədvəlinə dəyişiklik edilməyəcək”, - deyə məlumatda qeyd olunub.

Şəffaflıq.az 


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}