Saxalində qopmuş buz parçası üzərində çarəsiz qalan 40 balıqçı təxliyə edilib - FOTO/VİDEO


Rusiyanın Saxalin vilayətində xilasedicilər qırılaraq sahildən qopmuş buz parçası üzərində çarəsiz qalan 40 balıqçını təxliyə ediblər.

Xilasetmə işləri Mi-8 helikopteri ilə çətin hava şəraitində aparılıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.

Bir gün əvvəl Saxalin vilayətinin Lesnoye kəndi yaxınlığında üzərində balıqçıların olduğu buz parçasının qırılaraq qopduğu bildirilib. Balıqçıları xilas etmək üçün hadisə yerinə Mi-8 helikopteri göndərilib, bölgədə 50 nəfərin ola biləcəyi qeyd edilib.

Helikopter vasitəsilə 40 nəfər sahilə təxliyə edilib. İşlər davam etdirilir. Bölgədə xilasetmə əməliyyatı qopma xəttindən 1,5-2 kilometr aralıda aparılır, çətin hava şəraiti və güclü külək müşahidə olunur.






Mənbə: MK.ru

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}