BAEA rəhbəri Tehrana gedib


Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi İrana yollanıb.

Təyyarə Tehranın Mehrabad hava limanına enib.

Qrossini İranın Atom Enerjisi Təşkilatının rəsmi nümayəndəsi Behruz Kamalvəndi qarşılayıb.

Bundan əvvəl məlumat verilmişdi ki, Qrossi Tehranda İslam Respublikasının rəsmi şəxsləri ilə görüşəcək və onlarla müxtəlif məsələləri müzakirə edəcək. BAEA rəhbərinin həmçinin İranın nüvə sazişi üzrə dialoqun yenidən başlamasını müzakirə etmək üçün Prezident İbrahim Rəisi ilə görüşü gözlənilir.

Mənbə: IRNA

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}