Qərbi azərbaycanlıları son anda xilas edən möcüzə - VİDEO


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində hazırlanan “Həyat hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

Bugünkü buraxılış Qərbi Azərbaycandan deportasiya olunmuş 91 yaşlı Novruz İsmayılovun həyat hekayəsinə həsr olunub.


O, 1932-cı ildə Göyçə mahalının Basar Keçər (Vardenis) rayonunun Nərimanlı kəndində doğulub, 1988-ci ilin dekabrında ermənilər tərəfindən məcburən deportasiyaya məruz qalıb. N.İsmayılov kəndin ən yaşlı nümayəndəsi kimi, Qərbi Azərbaycanda ata-babalarımızın başına gətirilən müsibətlərdən, ermənilərin törətdiyi faciələrdən danışıb, Göyçə ilə bağlı yaddaşına hopan xatirələrini bölüşüb.

El ağsaqqalı ermənilərin Göyçəyə gəlişindən, tarixi-dini abidələri dağıtmasından bəhs edib, yaşadığı Nərimanlı kəndində daşnakların törətdiyi hadisələrdən, eləcə də şahidi olduğu, üzləşdiyi erməni düşmənçiliyindən danışıb.

N.İsmayılov hər zaman azərbaycanlıların dayağı olan Heydər Əliyevə ermənilərin bəslədiyi kin-küdurətdən söz açıb, Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının Vətən həsrəti ilə yaşayan insanlarda ümid yaratdığını söyləyib.

Ətraflı verilişi təqdim edirik:

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}