“Ulu Öndər Heydər Əliyevin dünyaya tanıtdırdığı faciə: Xocalı soyqırımı” adlı tədbir keçirilib.


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının və Quba Soyqırımı Memorial Kompleksinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş “Ulu Öndər Heydər Əliyevin dünyaya tanıtdırdığı faciə: Xocalı soyqırımı” adlı tədbir keçirilib.

Bu barədə  universitetdən məlumat verilib.

Əvvəlcə torpaqlarımızın azadlığı və müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Xocalı qurbanlarının xatirəsinə həsr edilmiş videoçarx təqdim edilib.

Tədbirdə Quba Soyqırımı Memorial Kompleksinin direktor müavini Mehriban Əliyeva, AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Kompleksin elmi işçisi Sübhan Talıblı və başqaları çıxış ediblər.

Çıxışlarda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin Xocalı şəhərində törətdikləri vəhşiliklər, o cümlədən Ulu Öndər Heydər Əliyevin sayəsində Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verilib.

Vurğulanıb ki, Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasət kursunda mühüm yer tutur. Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun beynəlxalq səviyyədə tanıdılması məqsədilə Heydər Əliyev Fondu tərəfindən fəal və məqsədyönlü işlər aparılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlanılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində təbliğat tədbirləri həyata keçirilir, Azərbaycanın haqq səsi dünyaya çatdırılır.

Sonda tədbir iştirakçılarına soyqırımı həqiqətlərini özündə əks etdirən müxtəlif bukletlər təqdim edilib.

Şəffaflıq.az 


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}