Deputat təyinatına uyğun olmayan torpaqlarda tikilmiş evlərin sənədləşdirilməsindən DANIŞDI - VİDEO
“Təyinatına uyğun olmayan torpaqlarda tikilmiş, ancaq müvafiq infrastrukturla təmin olunmuş, təhlükəsiz istismarla bağlı problemli olmayan sənədsiz evlərin sənədləşdirilməsinə başlanılmalıdır”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik (2022-ci il üzrə) məruzə”nin müzakirəsi zamanı deputat Azər Badamov bildirib. Millət vəkili qeyd edib ki, bu evlərin sənədləşdirilməməsi vətəndaşların yaşadığı yer üzrə qeydiyyata alınmasına, bələdiyyələrin vergi toplamasına imkan vermir. https://youtu.be/OfZnouLrKdA Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş