Fevralın 26-da “Xətai” metro stansiyası necə işləyəcək? - AÇIQLAMA


Fevralın 26-da “Xətai” metro stansiyası adi iş rejimində fəaliyyət göstərəcək.

Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, ehtiyat qatarların da xəttə buraxılması nəzərdə saxlanılacaq.

Qeyd edək ki, fevralın 26-da Azərbaycanda Xocalı soyqırımının 31-ci ildönümü qeyd olunacaq.

Bu münasibətlə vətəndaşlar Bakının Xətai rayonunda yerləşən və Xocalı faciəsinə həsr olunan “Ana harayı” abidəsini ziyarət edəcək.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}