Xaçmazda 58 yaşlı kişi qonaq getdiyi evdə öldü


Xaçmazda 58 yaşlı kişi qonaq getdiyi evdə ölüb.

Şəffaflıq.az məlumatina gorə, hadisə axşam saatlarında rayonun İstisu qəsəbəsində qeydə alınıb.

Beləki, rayon sakini 1965-ci il təvəllüdlü Ağabalayev Asif Əlövsət oğlu qonaq getdiyi evdə qəfildən halı pisləşərək vəfat edib.

A.Ağabalayevin meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Ölümün dəqiq səbəbləri araşdırılır.



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}