S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası nda 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib.


S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası nda 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan gimnaziyanın direktoru İlqar Talıbov dünyada qeyd olunan Beynəlxalq Ana Dili Gününün yaranma tarixindən,  dövlət müstəqilliyi qazanıldıqdan sonra Azərbaycan dilinin tətbiqi və işlədilməsi ilə bağlı görülən tədbirlərdən danışdı.  

Tədbirdə Ümummilli lider Heydər Əliyevin ana dilinə münasibətində Azərbaycan ədəbi dilinin saflığının qorunması və inkişaf etdirilməsinin xüsusi yer tutması barədə fikirlər səsləndirildi, görkəmli şairlərin ana dilimizə həsr olunmuş şeirləri ifa olundu. Gimnaziyanın Azərbaycan dili və ədəbiyyatı kafedrasının rəhbəri Kifayət Əliyevanın, VII sinif şagirdi Ağayar Eminli nin  məzmunlu çıxışları maraqla dinlənildi.   

Gimnaziyanın qonağı  AMEA Nəsimi adına Dilçilik İnstitunun "Türk dilləri" şöbəsinin müdiri, f.e.d, profesor Ismayil Kazimov   Azərbaycan dilinin tarixi, zənginliyi, bəlağətli səslənməsi barədə şagird və pedaqoji heyətə araşdırma və təhlillərini açıqladı. "Məhəbbətin ən üst qatına dil məhəbbətini çıxarmalıyıq." deyə Ömər Faiq Nemanzadədən ( Molla Nəsrəddin jurnalının həmtəsisçisi) sitat gətirməklə  Azərbaycan dilini qoruyan dilçilərin bu istiqamətdə yaradıcılıq fəaliyyətinə istinad etdi. Çıxışların sonunda fikir mübadiləsi aparıldı,   professor İsmayıl Kazımov şagirdlərin çoxsaylı suallarını cavablandırdı.  


Görüşdə direktor müavinləri Leyla Hajiyeva , Yasin Cabizade  rəhbərliyi, Qabaqcıl təhsil işçisi, Azərbaycan dili və ədəbiyyatı müəllimi Ceyran Həsənova , Kitabxana müdiri Rufana Nazirli, Kiçik Akademiyanın üzvləri, Uşaq Səfir Məclisinin üzvü Səidə Mustafayeva və digər şagirdlər iştirak edirdi. 

Tədbirin yüksək səviyyədə keçirilməsində dəstək olan AMEA Nəsimi adına Dilçilik İnstitunun rəhbərliyinə, Azərbaycan dili və ədəbiyyatı kafedrasına dərin təşəkkürümüzü bildiririk



Aynur Şükürlü 

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}