Su çərşənbəsində 18 min ağac əkilib
Su çərşənbəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ölkə üzrə ümumilikdə 18 000 ağac əkiblər. Şəffaflıq.az xəbər verir ki, nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib ki, novruzun ilk əlamətdar günündə təbiətimizə töhfə verməklə Bakının Xocasən qəsəbəsində, eyni zamanda, Sabirabad, Zaqatala, Şəki, Ağstafa, Quba, Şabran, Qəbələ, Şamaxı, Ağcabədi, Göygöl, Tovuz, Şirvan, Lənkəran və Masallı rayonlarının meşə fondu torpaqlarında gün ərzində ağacəkmə tədbirləri davam etdirilib. Ölkəmizdə ənənəyə çevrilmiş və bütün regionları əhatə edən ağacəkmə aksiyalarında bu gün nazirliyin əməkdaşları ilə birgə ictimaiyyət nümayəndələri də yaxından iştirak ediblər. Nazirlik sözçüsü Su çərşənbəsində ağac əkilməsinin, eyni zamanda bu il ölkədə yaz əkinlərinə start verilməsi ilə bağlı kampaniyanın başlanğıcı olduğunu da vurğulayıb.
Facebook-da paylaş