Naxçıvanda şəhidlərin orden və medalları ailə üzvlərinə təqdim edilib


Naxçıvanda şəhidlərin orden və medalları ailə üzvlərinə təqdim edilib.

Şəffaflıq.az  xəbər verir ki, Naxçıvan şəhər və Şərur rayon icra hakimiyyətlərində şəhid ailələrinə medallar təqdim olunub.

Tədbirlərdə əvvəlcə Vətən uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov orden və medalları şəhidlərin ailə üzvlərinə təqdim ediliblər.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən şəhid gizir Ələkbərov Bağır Əsəd oğlu və şəhid müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Eyvazov İslam Həsən oğlu və Qurbanov Xansu Elsevər oğlu, şəhid əsgər Əhmədov Mərhəmət Adil oğlu, şəhid baş gizir İsmayılov Əmrah Xudaverdi oğlu, şəhid leytenant Qurbanov Rauf Vahid oğlu, şəhid leytenant Məmmədov Elşən Əziz oğlu və gizir Tahirov Vüsal Mehdi oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, şəhid baş leytenant Əliyev Əli Cavad oğlu isə “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunublar.



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}