Naxçıvanın Ombudsmanı hərbi qulluqçularla görüşüb


Naxçıvanın Ombudsmanı hərbi qulluqçularla görüşüb.

Bu barədə  Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ombudsman Günay Rzayeva tərəfindən preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu Əlahiddə Ümumqoşun Ordunun tabeliyində olan N saylı hərbi hissəyə başçəkmə həyata keçirilib.

Başçəkmə zamanı Ombudsman tərəfindən müəssisənin əsgər yataqxanasına, istirahət, məişət və sinif otaqlarına, yeməkxanaya, ərzaq anbarına və digər obyektlərə baxış keçirilib, qidalanma səviyyəsi, asudə vaxtın təşkili və tibbi-sosial xidmətin təmin olunması vəziyyəti öyrənilib.

Hərbi qulluqçuların hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi və rəftar məsələlərinin araşdırılması məqsədilə əsgər heyəti Ombudsman tərəfindən ümumi və fərdi şəkildə qəbul edilərək konfidensial qaydada dinlənilib.

Ümumi qaydada qəbul zamanı hərbi qulluqçuların hüquqlarının daha etibarlı və səmərəli müdafiəsi ilə bağlı tapşırıq və tövsiyələr verilib, hüquqi maarifləndirici söhbət aparılıb.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}