FİF BQXK-nın Azərbaycandakı nümayəndəliyi ilə anlaşma memorandumu imzalayıb


Futbolun İnkişaf Fondu (FİF) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyi arasında anlaşma memorandumu imzalanıb.

FİF-dən  verilən məlumata görə, memorandumu fondun icraçı direktoru Tural Piriyev və BQXK-nin Silahlarla Çirklənmiş Ərazilərlə İş üzrə Proqramının koordinatoru Bişnu Mahat ilə Maliyyə və inzibati işlər şöbəsinin müdiri Sorin Ardeleanu imzalayıblar.

Tərəflər arasında imzalanan memorandum Azərbaycanın həssas və risk altında olan bölgələrində futbolun gücü və populyarlığından istifadə edərək mina və partlamamış hərbi sursatların riskləri haqqında məlumatlılığın artırılması məqsədini daşıyır.

Əməkdaşlıq məlumatlandırma sessiyaları, müxtəlif növ təbliğatlar və kütləvi futbol festivallarının təşkil olunmasından ibarət olacaq.

Anlaşma 2024-cü il yanvarın 31-dək qüvvədədir.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}