“Azəriqaz”: “Havaların kəskin soyuması qaz sayğaclarına və xətlərinə ziyan vurub”


Ölkə ərazisində havaların kəskin soyuması nəticəsində 10 ünvanda ağac və daş hasarların aşması nəticəsində qaz sayğaclarına və xətlərinə ziyan dəyib.

Şəffaflıq.az məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.

Onun sözlərinə görə, 1 ünvanda isə avtomobil qəzası baş verib: “Bakının Bilgəh qəsəbəsi, Albalılıq yaşayış massivində 219 mm diametrli orta təzyiqli qaz xətti qırılaraq 1 500 abonentin qazsız qalmasına səbəb olub”.

O qeyd edib ki, hazırda “Azəriqaz”ın qəza-bərpa xidmətinin əməkdaşları hadisə yerindədirlər: “Dəymiş ziyanın nəticələri aradan qaldırılır”.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}