"Xalq Bank"ın əməkdaşlarından Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək
Fevral ayının 6-da qardaş ölkədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə "Xalq Bank" ASC-nin əməkdaşlarının şəxsi vəsaiti hesabına toplanan 100 000 ABŞ dolları Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hesabına köçürülüb. Səninləyik, Türkiyə! Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş