Mahir Qurbanov Tehrandakı terror hadisəsi haqqında Kolumbiya televiziyasına danışıb


Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin rəhbəri Mahir Qurbanov Tehrandakı terror hadisəsi haqqında Kolumbiyanın tanınmış “En la Via Noticias” xəbərlər proqramına danışıb.

Verilişdə qeyd olunub ki, Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən hücuma görə İran hökuməti məsuliyyət daşıyır.

“Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı həyata keçirilmiş terror hücumu beynəlxalq hüquqa uyğun olaraq araşdırılmalı, cinayəti törədənlər cəzalandırılmalıdır. İran hakimiyyəti bir müddətdir ki, ölkəmizə qarşı qərəzli, təhdid dolu münasibət nümayiş etdirir”, - deyə Mahir Qurbanov qeyd edib. 

“Rəsmi Tehran terrorçunun cəzalandırılması və hadisənin obyektiv araşdırılması istiqamətində indiyədək əsaslı tədbir görməyib. Bütün bunlar isə terrorun İran rejimi tərəfindən sifariş edildiyini söyləməyə əsas verir”, - deyə Mahir Qurbanov vurğulayıb. 

Verilişdə mövzu əsasında başqa detallar da müzakirə olunub.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}