Türkiyənin daxili işlər naziri Süleyman Soylu Azərbaycana təşəkkür edib.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu Azərbaycana təşəkkür edib. Şəffaflıq.az "Bütün fəlakətlər, o cümlədən meşə yanğınlarında qardaş Azərbaycanın dəstəyi xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır və işimizə görə bizi rahatlaşdırır. İlk gələn ölkə Azərbaycan oldu. Hal-hazırda çox əhəmiyyətli bir yerdə axtarış-xilasetmə işlərini davam etdirir və eyni zamanda xidmətləri ilə millətimizin qəlbinə böyük bir istilik verir. Çox sağ olun". Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayəti və ətraf vilayətlərdə baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Azərbaycandan qardaş Türkiyə 420 nəfərlik xilasedici və 52 nəfərlik tibb heyəti göndərilib.
Facebook-da paylaş