Bakıdan Praqaya aviareyslərin sayı artırıla bilər


Bakı və Praqa arasında aviareyslərin sayı artırıla bilər.

 Şəffaflıq.az xəbər verir ki, bu, ATAA-nın idarə heyətinin sədri Göydəniz Qəhrəmanovla Çexiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Milan Sedlaçek arasında keçirilən işgüzar görüşdə müzakirə olunub.

Görüşdə həmçinin Azərbaycan ilə Çexiyanın turizm təşkilatları arasında əməkdaşlıq əlaqələrinin inkişafı və qarşılıqlı iş birliyinin qurulması məsələləri, Assosiasiyanın fəaliyyəti və üzvləri haqqında məlumat verilib, birgə layihələrin hazılanması, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, tanıtım məqsədli qarşılıqlı infoturların təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı turistlərə viza verilməsi şərtlərinin sadələşdirilməsi, viza verilmə mərkəzlərində sənədlərin qəbulu prosesində yaşanan müəyyən çətinliklərin aradan qaldırılması məsələləri də müzakirə olunub.

Görüş çərçivəsində səfir Milan Sedlaçek, komminikasiya əlaqələrinin qurulması, qarşılıqlı turist cəlb ediciliyinin artırılması və iki tərəfli əməkdaşlığın inkişafı üçün səfirliyin dəstək göstərəcəyini diqqətə çatdırıb.




Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}