Gəncə Şəhər Birləşmiş Xəstəxanasına yeni direktor təyin olundu


Gəncə Şəhər Birləşmiş Xəstəxanasına yeni direktor təyin olunub.

Şəffaflıq.az-ın məlumatına görə, direktor vəzifəsi İlkin İsmayılova həvalə edilib.

Qeyd edək ki, o, bu təyinatadək Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxananın baş həkimi işləyib.

İxtisasca ümumi cərrah olan İlkin İsmayılov, 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. İ.İsmayılov 2009-cu ildə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında, 2009-2016-cı illərdə isə Qazi Universitetinin Ümumi Cərrahiyyə kafedrasında fəaliyyət göstərib. 

Xatırladaq ki, Nazim Məmməd oğlu Əhmədov bir neçə gün əvvəl Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru vəzifəsindən azad edilib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}