Meşəlikdə tapdığı narkotik başına bəla oldu


Daşkəsəndə narkotik vasitə saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Şəffaflıq.az -a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən  keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Gəncə şəhər sakini R.Abdullayev şöbəyə gətirilib. 

Onun üzərlərinə baxış keçirilən zaman yarım kiloqram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Şəffaflıq.az-ın əldə etdiyi məlumata görə, R.Abdullayev ifadəsində Gəncədən Daşkəsənə istirahətə gedən zaman narkotik vasitəni oradakı meşəlikdə gördüyünü və daha sonra onu yığmaq üçün həmin əraziyə qayıtdığını bildirib.



Facebook-da paylaş


{sape_links}{sape_article}