BMT-nin Azərbaycandakı nümayəndəsi 20 Yanvarla əlaqədar paylaşım edib
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib. O, bu barədə öz “Twitter” hesabında yazıb. “Bu gün 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş faciəli hadisələrin 33-cü ildönümüdür. Müstəqillik uğrunda mübarizədə həlak olanların xatirəsini anmaq üçün Azərbaycan xalqı və hökumətinə qoşuluram”, - Vladanka Andreyeva yazıb.
Xəbəri paylaş
Facebook-da paylaş