BMT rəsmisi: "Son on ildə dünyada 1 300-dən çox jurnalist öldürülüb"


"Son on ildə dünyada 1 300-dən çox jurnalist peşə borcunu yerinə yetirən zaman öldürülüb".

Şəffaflıq.az xəbər verir ki, bunu BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk Davosda Ümumdünya İqtisadi Forumundakı çıxışında bildirib.

Onun sözlərinə görə, jurnalistlərin təhlükəsizliyi xüsusi problemdir: “Fikrimcə, son on ildə 1300-dən çox jurnalist xüsusilə ürəkağrıdan vəziyyətlərə, insan hüquqlarının pozulmasına diqqət yetirməyimizi təmin etmək üçün təhlükəsizlikləri təmin olunmadığı üçün öldürülüb”.

Ali komissar dünyada qadın və qızların hüquqlarına riayət olunmamasından narahatlığını vurğulayaraq Əfqanıstandakı vəziyyəti xüsusilə ifrat adlandırıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}