Bakıda mağazada qadının 6800 manatı oğurlanıb


Nizami rayonu ərazisindəki mağazaların birində Bakı şəhər sakininin içərisində 6800 manatı, sənəd və ev açarları olan çantasının oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-dən  verilən məlumata görə, Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Emin Əliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır

Şəffaflıq.az.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}