Avropada qazın qiyməti 2 %-dək artıb


Avropada təbii qazın qiyməti 2 %-dək artaraq, 1000 kubmetr üçün, təxminən, 790 ABŞ dollara çatıb.

Şəffaflıq.az "ICE London" Fond Birjasının məlumatlarına istinadən xəbər verir ki, TTF (Avropanın ən böyük habı, Niderlandda yerləşir) indeksi üzrə fevral fyuçersləri günə 1000 kubmetr üçün 808,6 ABŞ dolları (+ 4 %) səviyyəsində ticarət başlayıb. Daha sonra təbii qaz 791,3 ABŞ dolları (+1,8 %) səviyyəsində ticarət olunub. Kotirovkaların dinamikası əvvəlki ticarət gününün hesablaşma qiymətinə (1000 kubmetr üçün 777,4 ABŞ dolları) əsaslanır.

Xatırladaq ki, yanvarın 5-də Avropada təbii qazın qiyməti 2021-ci il sentyabrın 10-dan sonra ilk dəfə 700 ABŞ dollardan aşağı düşüb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}