Moskva və Tehran Rəşt-Astara dəmir yolunun tikintisinin başa çatdırılması ilə bağlı danışıqlar aparıblar


Rusiya və İran nümayəndələri Rəşt-Astara dəmir yolunun tikintisinin başa çatdırılması ilə bağlı danışıqlar aparıblar.

Bu barədə İranın nəqliyyat və şəhərsalma nazirinin nəqliyyat üzrə müavini Şəhriyar Əfəndizadə bildirib.

“İran Rusiyanın Rəşt-Astara dəmir yolu layihəsində necə iştirak edəcəyini və sərmayə qoyacağını müəyyən etmək üçün təklif etdiyi 16 maddədən ibarət memorandumunu təqdim edib”, - o deyib.

Əfəndizadə qeyd edib ki, Moskva maliyyə yardımı vasitəsilə Rəşt-Astara dəmir yolunun tamamlanmasında iştirak etməkdə maraqlıdır.

O vurğulayıb ki, bununla bağlı Rusiya-İran memorandumu təklif edilib, həmçinin üç ölkənin nazirlərinin birgə bəyanatından sonra Rusiya, Azərbaycan və İran arasında üçtərəfli memorandum imzalanıb.

“İran Rəşt-Astara dəmir yolunun tikintisinin başa çatdırılmasında iştirak etmək üçün Moskva, həmçinin Bakı ilə danışıqlar aparsa da, Rusiyanın bu işdə iştirak edib-etməməsindən asılı olmayaraq, ölkə layihəni başa çatdıracaq”, - deyə rəsmi bildirib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}