Ruben Vardanyan Laçın yolunun blokadada olmadığını etiraf edib


Erməni separatçı, milyarder Ruben Vardanyan Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Qarabağa ərzaq tədarükü həyata keçirdiyini bildirib.

Şəffaflıq.az-ın  məlumatına görə, R.Vardanyan bunu "Byline Times"a müsahibəsində deyib.

O, bununla da Laçın yolunun "blokadada" olmadığını etiraf edib.

"Byline Times” qəzetinə müsahibəsində Ruben Vardanyan bəyan edib ki, Rusiya sülhməramlıları müəyyən qədər ərzaq tədarük edirlər. Bu hələ kifayət deyil, amma bu doğrudursa, bir çoxlarını narahat edən bu məsələ ilə bağlı ilk dəfədir ki, rəsmi fikir bildirilir. Təbii ki, buna şübhə etmək üçün heç bir əsas yoxdur, amma bu fikrin səsləndirilməsi bir qədər gözlənilməz oldu. Bəlkə də bu, jurnalistin ilk dəfə bu barədə sual verməsi ilə əlaqədardır. Təbii ki, getdikcə Laçından sülhməramlıların daha iri avtomobil karvanları keçir, amma bu sözlər gözlənilməz oldu", - erməni jurnalist Onnik Krikoryan tviterdə yazıb.

Rusiya sülhməramlı kontingetinə məxsus onlarla avtomobil hər gün Xankəndi-Laçın yolu ilə sərbəst hərəkət edir və bu, Laçın yolunun humanitar məqsədlər üçün açıq olduğunu bir daha sübut edir.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 27 gündür davam edir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}