Tokio Olimpiadasında Azərbaycana bürünc medal qazandırmış boksçu Paris-2024-də çəkisini dəyişəcək
Azərbaycan millisinin boksçusu Alfonso Dominges Paris-2024 Yay Olimpiya Oyunlarında çəkisini dəyişəcək. Bu barədə Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı özü məlumat verib. Son olaraq ötən ilin noyabrında Polşada keçirilən beynəlxalq turnirdə 86 kq çəki dərəcəsində mübarizə aparan Kuba əsilli 28 yaşlı boksçu 2024-cü ildəki olimpiadada 91 kq-da qüvvəsini sınamağı planlaşdırır. O, bunun üçün ilk növbədə Paris-2024-ə lisenziya qazanmağa çalışacağını söyləyib: “Yenidən olimpiadaya qatılmaq üçün bu il keçiriləcək dünya çempionatında və Avropa Oyunlarında uğurlu çıxış etməyə çalışacağıq”. Qeyd edək ki, Alfonso Dominges 2021-ci ildə Tokioda təşkil olunan olimpiadada 81 kq çəkidə yarışıb. Şəffaflıq.az
Facebook-da paylaş