Azərbaycanda məhkəmə hakimliyi üçün 30 yaş məhdudiyyəti ləğv edilir


Azərbaycanda 30 yaşdan aşağı olan şəxslər hakim vəzifəsinə namizəd ola biləcəklər.

Şəffaflıq.az-ın xəbərinə görə, bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik təklif edilir.

Dəyişikliklə qanunun 93-cü maddəsində (“Hakim vəzifəsinə namizədlərə aid tələblər”) “yaşı 30-dan aşağı olmayan” sözləri çıxarılması təklif olunur.

Bununla da Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin birinci hissəsinə uyğun olaraq yaşı 30-dan aşağı olan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola biləcəklər.

Qanunun hazırkı variantı isə belədir: “Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin birinci hissəsinə uyğun olaraq yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər”.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}