Səhiyyə Nazirliyi: “Doğuşayardım xidməti sahəsində bir sıra nöqsanlar var”


Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən baş vermiş ana ölümlərinin təhlilləri nəticəsində doğuşayardım xidməti sahəsində bir sıra nöqsan və çatışmazlıqların olduğu müəyyən edilib.

Bu barədə cari ilin 11 ayı ərzində respublikada doğuşayardım xidmətinin vəziyyəti ilə bağlı dekabrın 21-də nazirlikdə TƏBİB-in nümayəndələrinin iştirakı ilə keçirilən müştərək kollegiya iclasında məlumat verilib.


Bildirilib ki, tədbirdə dövlət və özəl doğuşayardım tibb müəssisələrinin səlahiyyətli nümayəndələri iştirak ediblər.

Səhiyyə nazirinin müavini İlqar Qasımovun moderatorluğu ilə keçirilən iclasda Səhiyyə Nazirliyinin hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, həmçinin mamalıq ağırlaşmaları hallarının təhlili üzrə komissiyasının sədri Nigar Axundova, TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov və nazirliyin Anesteziologiya və reanimasiya üzrə mütəxəssis-eksperti İsrayıl Məhərrəmbəyli məruzələrlə çıxış ediblər.

Bildirilib ki, səhiyyənin prioritet sahələrindən olan ana və uşaqların sağlamlığı sahəsində qəbul olunmuş dövlət proqramları çərçivəsində ölüm səviyyəsinin azaldılmasına, perinatal yardım islahatlarının davam etdirilməsinə, gənclərə göstərilən reproduktiv sağlamlıq və ailə planlaşdırılması xidmətlərinin yaxşılaşdırılmasına nail olunub. Eyni zamanda, səhiyyə sistemində islahatların mühüm istiqamətlərindən biri olan ölkəmizdə icbari tibbi sığorta tətbiq edilməsinə baxmayaraq, Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən baş vermiş ana ölümlərinin təhlilləri nəticəsində doğuşayardım xidməti sahəsində bir sıra nöqsan və çatışmazlıqların olduğu müəyyən edilib.

İclasın yekununda mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün zəruri olan texniki tədbirlərin mərhələli şəkildə həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Şəffaflıq.az





Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}