İkinci mərtəbədən yıxılan 11 aylıq körpə necə sağ qaldı?
Bakıdakı mənzillərdən birində kirayə yaşayan Mirzəyevlər ailəsi bədbəxt hadisə ilə üzləşib. Evin 11 aylıq körpəsi Ərkinaz ikinci mərtəbədən yıxılaraq ağır kəllə-beyin travması alıb. Bu barədə “Astar” layihəsində məlumat verilib. Ərkinaz anası Güllü Mirzəyevanın qucağında olarkən ehtiyatsızlıqdan yıxılıb. Həyətdəki ustaların köməkliyi ilə dərhal xəstəxanaya aparılan körpə reanimasiyaya yerləşdirilib. 20 gün komada qalan Ərkinaz həkimlərin səyi nəticəsində ölümdən qurtulub. 11 aylıq körpənin ikinci mərtəbədən başı üstə beton səthə çırpıldıqdan sonra sağ qalması bir möcüzədir. Atası Abdulhəsən Mirzəyevin sözlərinə görə, Ərkinaz yaşasa da, hazırda görmür, eşitmir, ağlamır və gülmür. Gəzə bilməsi isə sual altındadır. Şəffaflıq.az
Facebook-da paylaş