Gələn il hamiləliyə və doğuma görə müavinətlərin maliyyələşdirilməsinə 48 milyon manat xərclənəcək
Növbəti ildə hamiləliyə və doğuma görə müavinətlərin maliyyələşdirilməsi üzrə 48 milyon manat vəsaitin xərclənməsi proqnozlaşdırılıb. Şəffaflıq.az-ın xəbərinə görə, bu, Hesablama Palatasının DSMF-nin gələn il üzrə büdcəsi ilə bağlı rəyində əksini tapıb. Qeyd edilib ki, bu da cari ilin proqnoz göstəricisindən 0,9 mln. manat və ya 1,9%, ilin sonuna gözlənilən icradan isə 4 mln. manat və ya 9,1% çoxdur. Təqdim olunmuş məlumatlara əsasən cari ilin sonuna müvafiq bölmə üzrə 22,3 min sığortaolunana ümumilikdə 44,0 mln. manat məbləğində müavinətin ödəniləcəyi gözlənilir.
Xəbəri paylaş
Facebook-da paylaş